29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağ Ev: Rusiyanın Donbasda təşkil etdiyi qış hücumu uğursuzluğa düçar olub

02.05.2023

Ağ Ev Rusiyanın son 5 ay ərzində Ukraynada 100 min döyüşçü itirdiyini təxmin edir.

"DM" xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Korbi jurnalistlərə açıqlamasında deyib. Korbi qeyd edib ki, ABŞ kəşfiyyatının məlumatına əsasən Rusiyanın itkilərindən 20 min nəfəri həlak olanlardır və onların da yarısını həbsxanalardan azad edilmiş məhbusların da döyüşdüyü "Vaqner” muzdluları təşkil edir.

"Rusiyanın Donbas regionunda əsasən Baxmutun içərisi ilə etdiyi qış hücumu uğursuzluğa düçar olub. Ötən dekabrda Rusiya Uqledar, Avdeevka, Baxmut və Kremennaya da daxil olmaqla, bir sıra xətlər üzrə genişmiqyaslı hücuma təşəbbüs edib. Bu səylərin çoxu dayanıb və uğursuz olub. Rusiya hər hansı bir strateji önəmə malik ərazini ələ keçirə bilməyib”, - deyə Korbi bildirib.

Korbi vurğulayıb ki, rusiyalılar Baxmutda bəzi nailiyyətləri əldə edə biliblər, lakin bu, dəhşətli itkilər hesabına başa gəlib və bölgədə Ukrayna müdafiəsi hələ də güclü olaraq qalır:

"Rusiya öz hərbi ehtiyatlarını və silahlı qüvvələrini tükəndirib”.

Korbi əlavə edib ki, həbsdən azad edilərək "Vaqner” muzdlusu kimi döyüşlərə cəlb edilən məhkumlara heç bir müvafiq döyüş təlimi keçilmir və onlar birbaşa döyüşlərə cəlb edilirlər.

Korbi ABŞ-ın tezliklə Ukrayna üçün yeni hərbi yardım paketi bəyan edəcəyini bildirib.