29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Bəzi tərəfdaşlar Zəngəzur dəhlizinin əhəmiyyətini başa düşmür

02.05.2023

"Avropalı həmkarlar yaxşı bilir ki, Orta dəhliz yalnız böhranlara görə istifadə olunmur. Son 10 il ərzində biz ölkələrə inandıra bilməmişdik ki, dəhliz çox vacibdir. Təəssüf ki, bu dəhlizin əhəmiyyəti sırf münaqişəyə görə artdı".

"DM" xəbər verir ki, bunu "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" adlı beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Hazırda Orta dəhlizin əhəmiyyəti daha da artmaqdadır. Digər mühüm layihə Zəngəzur dəhlizidir. Ərazilərimizin işğaldan azad olunmasından sonra bizim ərazidə dəhlizin 70%-i inşa olunub. Lakin digər bir sıra tərəfdaşlar bu dəhlizin əhəmiyyətini və Orta dəhlizin tərkib hissəsi olmasını tam başa düşmür və layihənin başa çatmasını ləngidir, maneələr yaradır. Ümid edirik ki, avropalı həmkarlarla da, Qərbdə olan həmkarlarla da, biz də bütün tərəfləri bu dəhlizin əhəmiyyətinə dair inandıra biləcəyik. Ümid edirəm ki, qısa zamanda bu dəhliz inşa olunacaq", - deyə Rəşad Nəbiyev əlavə edib.