25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

TƏBİB əhaliyə göstərilən tibbi xidmətlərin tariflərini müəyyənləşdirəcək

01.05.2023

"Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edəcək.

"DM" xəbər verir ki, bu məsələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Nizamnaməsində öz əksini tapıb.

Qeyd olunub ki, nəzərdə tutulmuş tarifləri təsdiq etmək isə TƏBİB-in Müşahidə Şurasının səlahiyyətindədir.