29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hacıqabulda "Minik avtomobillərinin istehsalı" layihəsinin detalları açıqlanıb

01.05.2023

Azərbaycan və Özbəkistanın İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində reallaşdırmaq istədiyi "Minik avtomobillərinin istehsalı" layihəsinin detalları açıqlanıb.

"DM" xəbər verir ki, layihəni Özbəkistan vətəndaşı Otabek Salıyevin rəhbərlik etdiyi "Azərmaş CP" icra edəcək.

88 milyon manat investisiya qoyulması planlaşdırılan istehsal xətti gələn ilin may ayında istismara verilməlidir. Burada ABŞ, İtaliya, Çin, Cənubi Koreya və Özbəkistan texnologiyaları əsasında ildə 30 min minik avtomobili istehsal olunacaq. Ərazisi 16 hektar, istehsal sahəsi isə 31 min kvadratmetr olacaq zavodda 1 200 nəfər işlə təmin ediləcək.