29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə “Akkuyu”nu bu məbləğə sığortalayıb

01.05.2023

Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyinə tabe olan "Akkuyu” AES 700 milyon avroya sığortalanıb.

"DM" xəbər verir ki, bu barədə "Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin martında nüvə tənzimlənməsi haqqında qanun qəbul edilib:

"Qanuna əsasən, nüvə obyektlərini yaradacaq və istismar edəcək şəxslər, habelə nüvə enerjisi sahəsində çalışacaqlar üçün icbari sığorta tətbiq edilib.

Qərarın bir hissəsi olaraq Nüvə Sığortası yaradılıb. Maliyyə və Xəzinədarlıq Nazirliyinin törəmə şirkəti olan "Türk Reasürans” tərəfindən idarə olunan Xüsusi Riskin İdarəetmə Mərkəzinin sığorta təminatını qarşılamasına dair qərar verilib. Bu çərçivədə Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu” AES mərkəz tərəfindən 700 milyon avroya sığortalanıb”.