29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi və konsulluqları fəaliyyətini bərpa edir

01.05.2023

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi və konsulluqları fəaliyyətini bərpa edir.

"DM" xəbər verir ki, bu barədə bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib.

XİN rəsmisinin sözlərinə görə, bu proses, diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətinin bərpasının yalnız birinci mərhələsidir.

Hazırda İranın Ər-Riyaddakı səfirliyi, həmçinin baş konsulluğu və Ciddə İslam Əməkdaşlıq Təşkilatındakı İran nümayəndəliyi öz işini bərpa edib.

Xatırladaq ki, bu ilin mart ayının əvvəlində Çinin vasitəçiliyi ilə rəsmi Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.