29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəkidə dolu kənd təsərrüfatına ciddi ziyan vurub - AÇIQLAMA

01.05.2023

"Aprelin 30-da Şəkiyə güclü yağış və dolu yağması nəticəsində xüsusilə Baş Göynük kəndinin "Ocaq Palıdlar” adlı yaşayış məntəqəsi ziyan görüb”.

Bununla bağlı Şəki rayonunu Milli Məclisdə təmsil edən deputat Əli Məsimlinin ofisindən məlumat verilib. Bildirilib ki, kənddə 20 hektar sahəyə yaxın tütün sahəsinə ciddi ziyan dəyib, ərazidə olan meyvə ağaclarının yarpaq və meyvə hissəsi yararsız vəziyyətə düşüb:

"Həmçinin taxıl sahələrinə də qismən ziyan dəyib. Baş Göynük kəndində evlərə və digər yardımçı tikililərə zərər dəyməsə də, güclü yağış və dolu yağması nəticəsində bağ və tərəvəz sahələri ciddi zərər görüb. İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb və baxış üçün ərazilərə əməkdaşlar göndərilib.

Şəkinin Qudula kəndinə yağmış dolu nəticəsində isə kənd sakini Qəzənfət Vələmməd oğlu Həsrətova məxsus həyətyanı sahədə əkdiyi ümumi sahəsi 700 kvadratmetr tütün şitili parnikinə ziyan dəyib. Bundan başqa həyətyanı sahələrdə olan meyvə ağaclarına  tərəvəz bitkiləri, o cümlədən fermerlərə məxsus arpa sahələri də qismən ziyan görüb.
Rayonun Şorsu kəndində isə dolu sahibkarlara məxsus 62 ha yeni şitillənmiş tütün sahəsini, 58 ha taxıl sahəsini, 3 ha meyvə bağı və 53 ədəd tütün parnikini vurub”.