30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ultramarafon yürüşünə start verilib

01.05.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə ultramarafon yürüşünə start verilib.

"DM” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş bu gün Ağstafada Heydər Əliyevin abidəsi önündən başlayıb.

Azərbaycanda, eləcə də, ölkədən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev beş gün ərzində 465 km-lik məsafəni qət edəcək.

O, ilk mərhələdə Ağstafadan Gəncəyə kimi olan 96 km-lik yolu gedəcək. Marşrutun növbəti dayanma məntəqələri Yevlax, Kürdəmir və Hacıqabul olacaq.

Atlet Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməklə yürüşü başa vuracaq.