30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

01.05.2023

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

"Şırnak-Uludərə yolunda qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri məni çox kədərləndirdi.

Sizin kədəriniz bizim də kədərimizdir.

Şəhid hərbi qulluqçulara rəhmət diləyir, onların yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.