30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qeyri-sabit hava şəraiti mayın 4-nə kimi davam edəcək

01.05.2023

"Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək".

"DM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, Kiçik Qafqazın bir sıra ərazisində yerləşən çaylarında sel hadisəsi gözlənilir:

"Hazırda Şamaxı rayonunda yerləşdirdiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində, eyni zamanda, Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur".

Mərkəz direktoru vurğulayıb ki, ən çox yağıntı Goranboy rayonunun Yuxarı Ağcakənd rayonunda müşahidə edilib və bu təxminən 3 aylıq normaya bərabər yağıntı kimi qeydə alınıb.