02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ekspert: “Azərbaycan bu yarışı möhtəşəm təşkil etdiyinə görə yüksək qiymətə layiqdir”

01.05.2023

"Azərbaycan hökuməti Formula 1 üzrə Azərbaycan Qran-prisini möhtəşəm təşkil etdiyinə və uğurla keçirdiyinə görə yüksək qiymətə layiqdir”.

Bunu Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin izləyicisi, Yaxın Şərq, Mərkəzi Asiya, Azərbaycan və Afrika üzrə ekspert Kayser Nəvab deyib.

O, təşkilatçıların tədbirin rahat keçməsi üçün əllərindən gələni etdiyini söyləyib. Ekspert deyib ki, nəticədə bu, yarışda iştirak edən hər kəs üçün unudulmaz təcrübə olub.

K.Nəvab belə maraqlı tədbirlərin davam etdirilməsinin lazım olduğunu bildirib. O, Azərbaycan hökumətinin və təşkilatçıların böyük səylə gördüyü işi yüksək qiymətləndirib: "Bu səylər nəticəsində Formula 1 üzrə Azərbaycan Qran-prisi böyük uğurla keçirilib. Gələcəkdə belə tədbirlərin daha çox olacağına ümid edirəm”.