03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

The Economist: Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edir

01.05.2023

Ermənistan sanksiyalaşdırılmamış satışlar hesabına Rusiyanın Qərbin qoyduğu sanksiyalardan yan keçməsinə kömək edir.

"DM" Trend-ə istinadən bildirir ki, bu barədə "The Economist" jurnalında dərc olunmuş məqalədə deyilir.

Məqalədə Rusiyanın təqribən Ukrayna ilə müharibədən əvvəlki qədər məhsul idxal etdiyi deyilir.

"Qərbi yeni ticarət tərəfdaşları əvəz edib. Hazırda Çin Rusiyaya 2019-cu illə müqayisədə ikiqat çox satış həyata keçirir. Qərbdən "paralel" idxal - Rusiyaya üçüncü ölkədən qazlı içkilərdən kompüter çiplərinə qədər hər şeyin sanksiyalaşdırılmamış satışı - qəfildən artıb. 2022-ci ildə Ermənistanın Aİ-dən idxalı müəmmalı şəkildə ikiqat artdığı halda ölkənin Rusiyaya ixracı üçqat artıb", - deyə müəllif yazır.

Bundan başqa, materialda qeyd olunduğu kimi, 2022-ci ildə Serbiyadan Rusiyaya telefon ixracı dəyər ifadəsində 2021-ci ildəki 8 518 dollardan 37 milyon dollara çatıb. Qazaxıstandan Rusiyaya paltaryuyan maşın tədarükü 2021-ci ildəki sıfır göstəricisindən artaraq ötən il təqribən 100 min ədədə çatıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Ticarət Nazirliyi, Xəzinədarlıq Nazirliyi və Ədliyyə Nazirliyi olmaqla 3 nazirliyi tərəfindən Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdlərinin xüsusiyyətləri haqqında üçtərəfli bəyanat dərc olunub.

Sənədə əsasən, daha çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçınmaq üçün kənar vasitəçi və ya məntəqələrdən istifadədir. Beləliklə, aydın olub ki, Qərbin sanksiyalarından yayınaraq malların Rusiya və ya Belarusa qanunsuz yönləndirilməsində Ermənistandan istifadə olunur.

Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano Trend-ə bildirib ki, Aİ Ermənistadan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır.

"Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzü, BMT Nizamnaməsini pozması və hərbi cinayətlərə bərabər olan vəhşiliklər törətməsi ilə əlaqədar olaraq ona qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib. Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa, milli səviyyədə analoji tədbirlər görməyə, yaxud ən azından bu sanksiyalardan yayınmağa yol verməməyə çağırıb. Aİ-nin öncəki sanksiya paketi həmçinin sanksiyalardan yayınmağa imkan verən fiziki və ya hüquqi şəxslərə qarşı sanksiya tətbiq etmək imkanını nəzərdə tutur",- o deyib.

P.Stanonun sözlərinə görə, Avropa İttifaqı sanksiya tətbiq olunmuş malların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir.

"Ermənistan kontekstində biz həqiqətən müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq", - o deyib.