28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xətaidə mopeddən yıxılaraq xəsarət alan qız ölüb

01.05.2023

Bakıda qəza zamanı mopeddən yıxılan qız xəstəxanada ölüb.

"DM" xəbər verir ki, aprelin 26-da Xətai rayonu, Zığ Yolu küçəsi, 2 ünvanının qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Eliza Oruc qızı Həsənova idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb və 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Ötən gün isə həkimlərin səyinə baxmayaraq, Eliza Həsənova xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlayıb.