28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: “İlham Əliyevlə birlikdə 1000 binanın bünövrəsini qoyduq”

01.05.2023

"Biz həmişə dünyanın yanında olduq. Fəlakət zamanı da dünya ölkələri bizi tək qoymadı”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, ölkədə baş verən dağıdıcı zəlzələlərdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə qrupları gəldi.

"Azərbaycan da gəlib dedi ki, biz min ev tikmək istəyirik. İlham Əliyevlə birlikdə onların bünövrəsini qoyduq”, - deyə o vurğulayıb.
Dövlət başçısı bu yardımların heç vaxt unudulmayacağını bəyan edib.

"İnşallah, qısa zamanda yaralarımızı birlikdə sağaldacağıq. Axtarış-xilasetmə qruplarımız dünyanın hər yerindən gələn komandalarla həmrəy olaraq, bu prosesdən uğurla keçdi”, - deyə Ərdoğan sözlərini yekunlaşdırıb.

Mənbə: Haber Global