27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN fransalı nazirin iddialarına cavab verib

28.04.2023

28 aprel 2023-cü il tarixində Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolona və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransında Fransa naziri tərəfindən səslənmiş əsassız iddialar qəbuledilməzdir.

Bu barədə  XİN-dən bildirilib.

"Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddiaları səsləndirənlərə 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan tərəfin Ermənistan olduğunu xatırlatmaq istərdik.

Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb.

Xatırladaq ki, Ermənistan tərəfi indiyə qədər hələ də Azərbaycan ərazisindən silahlı qüvvələrini tam olaraq çıxarmayıb, Azərbaycanın 8 kəndini işğaldan azad etməyib və hərbi-siyasi təxribatları davam etdirir.

Bununla yanaşı, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsinə qarşı müdaxilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ziddir. Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi də tamamilə yanlışdır.

Fransa tərəfinin qərəzli yanaşmalar sərgiləməsi əvəzinə, Ermənistanı razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirməsini təşviq etməsi və Azərbaycana qarşı təxribatlardan çəkindirməsi daha faydalı olardı”, - qeyd olunub.