28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Dövlət Mühafizə Xidmətinə rəhbər təyin edib

28.04.2023

Ermənistanın Baş naziri Nikol Paşinyan Sarkis Hovannisyanı ölkənin Dövlət Mühafizə Xidmətinin rəhbəri təyin edib.

"DM" xəbər verir ki, Baş nazirin bu barədə qərarı hökumətin elektron portalında dərc edilib.

Qeyd edək ki, Sarqis Hovhannisyan 2020-ci ilin dekabrından Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibindəki Dövlət Mühafizə Xidmətinin rəhbəridir.

Ötən ilin sonundan etibarən Ermənistan hökumətində Dövlət Mühafizə Xidmətinin Milli Təhlükəsizlik Xidmətinin tabeliyindən çıxarılaraq birbaşa Baş nazirin tabeliyinə verilməsi məsələsi müzakirə olunur.

Paşinyan bunu Milli Təhlükəsizlik Xidmətinin iş yükünü azaltmaq üçün atılan kimi izah edib.

Müxalifət isə bu dəyişikliyi tənqid edərək qeyd edib ki, Paşinyan güc strukturlarını öz əlində cəmləşdirməyə çalışır.

Paşinyanın sözlərinə görə, bu dəyişiklikdən sonra Milli Təhlükəsizlik Xidməti üç istiqamətə diqqət yetirməlidir: əks-kəşfiyyat, terrorizmlə mübarizə və konstitusiyanın qorunması.