28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şentop: Bəzi dövlətlərin davranışlarında Qarabağ məsələsinə qarşı ədalətsizlik gördük

28.04.2023

Türk dünyasının əlaqələrini artırmaq, bir-birimizə daha da yaxınlaşmaq üzərimizə düşən əsas vəzifədir.

"DM" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, yaşadığımız coğrafiyada sözün əsl mənasında bacarıqlı olmalıyıq: "Sərhədləri aşan böhranlara birlikdə qalib gəlməliyik. Bu günün dünyası haqsızlıqlarla doludur. Türk xalqları bu haqsızlıqlara ən çox məruz qalanlar sırasındadır. Ənənəvi diplomatiyanın həll edə bilmədiyi mövzularda parlamentar diplomatiya daha həlledici rol oynaya bilər. Beynəlxalq sistem İkinci Dünya müharibəsindən sonra bir-iki dövlətin insafına buraxılıb. Bu vəziyyəti təəssüf ki, ən çox Qarabağ məsələsində gördük. Bəzi dövlətlərin davranışlarında Qarabağ məsələsinə qarşı ədalətsizlik gördük”.