27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulda 7-ci “TEKNOFEST” Festivalı başlayıb

28.04.2023

İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST” 7-ci dəfə qapılarını ziyarətçilərə açıb.

"DM"-nın verdiyi xəbərə görə, festivalın ikinci günündə rəsmi olaraq açılış mərasimi baş tutub.

Qeyd edək ki, builki festivalda 102 fərqli kateqoriyalarda 41 yarışma üzrə 1 milyondan çox layihə yarışmada birincilik üzrə yarışır.

Festival çərçivəsində "Bayraktar Kızılelma”, "Bayraktar Akıncı” və ilk dəfə olaraq "Bayraktar-TB3” Silahlı Pilotsuz Uçuş Aparatı da ziyarətçilərə təqdim olunur.

Bundan əlavə, Türk Ulduzları, Solo Türk, "Hürkuş”, "Gökbey”, "Aksunqur”,” Bayraktar TB2”, "Bayraktar AKINCI”, "ATAK” helikopteri aviaşoular ilə çıxış edəcəklər.