28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinin Moldovaya girişi qadağan edilib

28.04.2023

Rusiya Prezidenti Vladimir Putinin Moldovaya girişi qadağan edilib.

Bu barədə Moldovanın Baş naziri Dorin Reçan bəyan edib.

Hökumət başçısının sözlərinə görə, Moldovada Rusiya vətəndaşlarının "qara siyahı”sı var, ancaq bəzi məmurlar onların bu siyahıya daxil edildiyini yalnız ölkəyə girmək istəyəndə öyrənirlər.

"Biz müharibəni təbliğ edən və savaş toxumu əkənlərin hamısının ağzını yumacağıq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Putinin həbsinə order verib. Rusiya prezidenti hərbi cinayətdə - Ukraynaya hərbi müdaxilə zamanı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham olunur.

Mənbə: Dw.com