09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

13 azərbaycanlı Gürcüstandan deport edilib

28.04.2023

2023-cü ilin yanvar-mart aylarında 13 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib.

"DM" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, deportasiya edilən Azərbaycan vətəndaşlarından 7-si kişi, 6-sı isə qadındır. Onlardan 6-nın yaşı 18-dən (3 oğlan, 3 qız) az olub.

Bildirilib ki, bu, cari ilin birinci rübündə Gürcüstandan deportasiya edilən əcnəbilər arasında ən yüksək göstəricidir.

Ümumilikdə yanvar-mart aylarında 15 ölkənin 55 nümayəndəsi Gürcüstandan deportasiya edilib.