10 12 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

General-polkovnik Aleksandr Lentsov Ermənistandadır

28.04.2023

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov regiona gəlib.

"DM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu gün İrəvanda Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

Görüş zamanı tərəflər regiondakı əməliyyat vəziyyətini və problemləri müzakirə ediblər.

Həmçinin sülhməramlıların Qarabağdakı fəaliyyətinin səmərəliliyinin artırılmasından danışılıb.

Müzakirə zamanı üçtərəfli bəyanatların yerinə yetirilməsinin vacibliyi vurğulanıb və Laçın yolundakı vəziyyət müzakirə olunub.