02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanla Rusiya arasında sərhəd müzakirəsi

15.11.2018

Moskva şəhərində Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantı noyabrın 13-dən 15-dək davam edib.
Görüş zamanı Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda, 2019-cü il üçün komissiyanın iş planı təsdiqlənib və iclasın protokolu imzalanıb. 
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub. 
Birgə Komissiyanın növbəti iclasının Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.