28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb

28.04.2023

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularının xatirəsi anılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və Tbilisidə təhsil alan azərbaycanlı tələbələr ermənilərin "Nemezis" terror əməliyyatı zamanı qətlə yetirilmiş Azərbaycanın dövlət xadimlərinin - AXC-nin ilk Baş naziri Fətəli xan Xoyskinin və parlament sədri Həsən bəy Ağayevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.

Adil Əliyev APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Ermənilərin İrəvanda Nemezis əməliyyatına abidə ucaltması onların hələ də eyni əhval-ruhiyədə olduqlarını və bütün dünyaya meydan oxuduqlarını göstərir.

"Bu gün də onların həyata keçirdikləri bütün siyasətləri terrorla və qətllərlə bağlıdır. Ancaq bu gün həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada böyük nüfuz qazanmış dövlətlərdir və bu səbəbdən ermənilər bu cür hərəkətləri ilə heç nəyə nail ola bilmirlər”, - deyə Adil Əliyev bildirib.

Botanika bağını ziyarət edən Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə parkda ağacəkmə aksiyası da keçiriblər.