28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ ordusunun iki helikopteri qəzaya uğradı: Ölənlər var - FOTO

28.04.2023

Alyaskada ABŞ ordusuna məxsus iki helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

Bu barədə hərbi komandanlıq məlumat yayıb.

Bildirilir ki, faciə Hili yaşayış məntəqəsi yaxınlığında, "AH-64 Apache” hücum helikopterləri təlim missiyasından qayıdarkən baş verib.

Məlumata görə, hər helikopterdə iki hərbi qulluqçudan ibarət ekipaj olub. Son məlumatlara görə, iki pilot yardım gələnə qədər, üçüncüsü isə xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra ölüb. Sağ qalan yeganə şəxs Feyrbenks xəstəxanasındadır. Onun səhhəti ilə bağlı təfərrüat açıqlanmır.
Qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı istintaq davam edir.


Mənbə: İzvestiya