29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa XİN rəhbəri Ermənistan-Azərbaycan sərhədinə gedib

28.04.2023

İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib.

"DM" "armenpress"ə istinadən xəbər verir ki, xarici işlər naziri Kolonna Avropa İttifaqının Mülki Missiyasının işi ilə tanış olub.

"Bu iş bizim üçün müsbət nəticələr verir. Müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları yerdən əldə etmək imkanı verir. Bu, müşahidə missiyasıdır, silahlı missiya deyil, məqsəd sadəcə olaraq vəziyyəti izləmək üçündür, lakin istənilən halda bu mövcudluq gərginliyi azaltmağa imkan verir. Etimadı yaratmaq üçün Azərbaycan və Ermənistan arasında atəşkəsə əməl edilməlidir”, - fransalı nazir qeyd edib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sərhəddəki vəziyyət barədə Fransa XİN rəhbərini məlumatlandırıb.