29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya bu gecə Ukrayna şəhərlərini raket atəşinə tutub - VİDEO

28.04.2023

Rusiya Ukrayna ərazilərini növbəti irimiqyaslı raket zərbələrinə məruz qoyub.

Raket zərbələrinə məruz qalan şəhərlər arasında Dneprin, Kremençuqun, Poltavanın, Nikolayevin adları çəkilir.

Partlayış səsləri paytaxt Kiyevdə də eşidilib.

Rusiya ordusunun atdığı raketlərindən biri Uman şəhərində (Çerkassi vilayəti) yerləşən 9 mərtəbəli yaşayış binasına düşüb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Hazırda ərazidə xilasedicilərin, həkimlərin və polis əməkdaşlarının işlədiyi bildirilir.


Mənbə: Rbs.ua