29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahibə Qafarova Türkiyəyə işgüzar səfər edib

27.04.2023

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 27-də Türk Dövlətləri Parlament Assambleyasının XII Plenar İclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nizami Cəfərov, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sədaqət Vəliyeva, Anar Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Ankara şəhərinin Əsənboğa Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Hüquq komissiyasının sədri Erol Kaya, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Türk Dövlətləri Parlament Assambleyasının iclasında çıxışı gözlənilir.