30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DYP “Formula-1” ilə əlaqədar sürücülərə müraciət edib

27.04.2023

Sabah başlayacaq "2023 "Formula-1” Azərbaycan Qran-prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft” və "Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda qeyd edilib.

Məlumatda o da qeyd edilib ki, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanların isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.
Bununla yanaşı yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.