30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİM abituriyentlərə müraciət edib

27.04.2023

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatikayönümlü (Rİ altqrupuna daxil olan) ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlərə müraciət edib.

"DM" xəbər verir ki, müraciətdə deyilir:

 "I qrup üzrə yalnız informatikayönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən eyni vaxtda imtahan verəcəklər. RK altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənnindən eyni vaxtda imtahan verəcəklər. Hər iki altqrupu seçən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə bir gündə informatikadan imtahan verəcəklər”.