30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AŞPA-dan Laçın postu ilə bağlı bəyanat

27.04.2023

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qrancer (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) və Ermənistan üzrə həmməruzəçilər Kimmo Kilyunen (Finlandiya) və Boriana Aberq (İsveç) Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi ilə bağlı bəyanat yayıblar.

"DM" xəbər verir ki, bəyanatda 2022-ci ilin dekabrın 16-da Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırış növbəti dəfə təsdiqlənib.

Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad edilərək, Azərbaycanın "Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətini təmin etmək” üçün sərəncamında olan bütün tədbirləri görmək çağırışı edilib.

Həmsədrlər sərhəd məsələləri üzrə danışıqları aktivləşdirməyə və bütün mübahisələri sülh yolu ilə həll etməyə də çağırıblar.

Qeyd edək ki, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına baxmayaraq, sülhməramlıların humanitar yardım yüklərinə heç bir problem yaratmır. O cümlədən Xankəndidə xəstələrin İrəvana daşınması da təmin edilir.