30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa Prokurorluğu Rusiya səfirliyinin hesablarındakı bütün pulları müsadirə edib

27.04.2023

Polşa Prokurorluğu Rusiya Federasiyası səfirliyinin hesablarından pulları çıxarıb.

Bunu diplomatik missiyanın rəhbəri Sergey Andreyev deyib.

"Biz prokurorluqdan bildiriş aldıq ki, səfirliyin və "Santander” bankındakı ticarət nümayəndəliyinin hesablarından pullar prokurorluğun hesablarına köçürülüb”.

Diplomat əlavə edib ki, daha sonra "Santander” səfirliklə əməkdaşlığa son qoyulması və hesabların bağlanması barədə məlumat verib. Onun sözlərinə görə, söhbət dollarda və Polşa zlotısında saxlanılan "əhəmiyyətli vəsaitlərdən” gedir.

Rusiyanın Varşavadakı səfirliyinin hesabları 2022-ci ilin martında Polşa tərəfindən dondurulub.