29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda “İkarus” avtobusları istehsal oluna bilər

26.04.2023

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupu ilə Macarıstanın "İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

İZİA-dan verilən məlumata görə, Anlaşma Memorandumunu STP-nin Baş direktoru Ruslan Ağabəyli və "İkarus” şirkətinin Baş direktoru Zoltan Tanko tərəfindən imzalanıb.
Sənədə əsasən, şirkətlər bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər. Bu istiqamətlər arasında "İkarus” avtobuslarının Azərbaycanda istehsalı, illik 100 ədəd avtobusdan 500 ədəd avtobusa istehsal gücünün artırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələlər nəzərdə tutulub.