30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada dəhşətli yanğın olub - Video

26.04.2023

Sverdlovsk vilayətində 6 böyük yanğın baş verib.

"DM" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bölgədə altı iri yanğın baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində Tayojnı və Sosva qəsəbələrində 1200-dən çox yaşayış binası yanğından mühafizə olunub. Eyni zamanda, yanğınlar nəticəsində 178 bina, o cümlədən 134 yaşayış binası yanıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Sosva stansiyasında meşə materiallarının olduğu vaqonlar da yanıb, dəmir yolu infrastrukturunun bir hissəsinə ziyan dəyib.

Yanğının geniş yayılmasına quru otlar və saniyədə 20 metr sürətlə əsən külək səbəb olub.

Yanğın nəticəsində Sosvada 1 nəfər ölüb.