29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paytaxtda beş tona yaxın narkotik vasitə yandırılıb

26.04.2023

Bakıda 4 ton 646 çox kiloqram narkotik vasitə məhv edilib.

AZƏRTAC xəbər verir ki, məhkəmələrin qərarları ilə müsadirə olunmuş dörd tondan çox müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aprelin 26-da Sabunçu rayonunda yerləşən "Bakı Neft Maşınqayırma Zavod”unun inzibati ərazisində məhv edilib.

Ümumilikdə 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 4 ton 646 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə aidiyyəti təşkilatların iştirakı ilə yandırılaraq məhv edilib.
Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda ümumi dəyəri 223 milyon manat təşkil edir.