30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ və Cənubi Koreya Şimali Koreyaya qarşı Vaşinqton bəyannaməsini imzalayacaq

26.04.2023

ABŞ və Koreya Respublikası (Cənubi Koreya) Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) nüvə proqramlarının qarşısını almaq üçün Vaşinqton bəyannaməsini imzalayacaq.

"DM" xəbər verir ki, bu barədə məlumat Cənubi Koreya Prezident Administrasiyasının mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd olunub ki, imzalanacaq sənəddə yeni mexanizmin - ABŞ və Cənubi Koreya arasında genişləndirilmiş denuklearizasiya İşçi qrupunun yaradılması yer alacaq.

Həmçinin bildirilib ki, Vaşinqton və Seul Şimali Koreyanı nüvə və raket proqramlarından çəkindirmək üçün xeyli səy göstəriblər, çünki bu proqramlar, region, xüsusən də Cənubi Koreya üçün real problemlər yaradır.