03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO Hərbi Komitəsi Ukraynaya hərbi dəstəyi müzakirə edəcək

26.04.2023

May ayında Brüsseldə NATO Hərbi Komitəsinin iclası keçiriləcək.

"DM" xəbər verir ki, Komitənin iclasında Alyans ölkələrinin silahlı qüvvələrinin Baş Qərargah rəisləri Ukraynadakı müharibəni və Kiyevə yardımı müzakirə edəcəklər:

"NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə mayın 10-da Brüsseldə toplaşacaq. NATO Baş katibi Yens Stoltenberq Alyansın əsas prioritetlərini və çağırışlarını müzakirə etmək üçün iclasın ilk sessiyasına qatılacaq. İkinci sessiyada Baş Qərargah rəisləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini, Ukraynadakı vəziyyəti, NATO müttəfiqlərinin Ukraynaya davamlı dəstəyini müzakirə edəcəklər".

İclasın üçüncü sessiyasında NATO-nun Vilnüs sammitinə hazırlıq prosesi müzakirə olunacaq.