03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin və Paşinyan Laçın yolunu müzakirə edib

26.04.2023

 Kreml Rusiya və Ermənistan liderlərinin telefon danışığına dair məlumat yayıb.

"DM" Kremlə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki olaraq qarşıda duran məsələlərin həllinə diqqət yetirilməklə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.

Müzakirə əsnasında Laçın yolu kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanmış fundamental razılaşmaların bütün şərtlərinə ciddi əməl olunmasının vacibliyi bir daha öz təsdiqini tapıb.