03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

26.04.2023

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Mülayim cənub küləyi əsəcək və havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.