03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran daha bir konvensiyanı pozur

26.04.2023

İran hökuməti azyaşlı uşaqları hərbi təlimlərə və ideoloji kurslara cəlb etməkdə davam edir.

"DM" xəbər verir ki, bu barədə SEPAH-a bağlı yarım-hərbi "Bəsic” qüvvələrinin Qəzvin əyalətindəki məsulu İbrahim Rəsulifər məlumat verib.

"Bu qəbildən olan tədbirlər çərçivəsində SEPAH may ayında Qəzvin əyalətində 8 min azyaşlı oğlan və qıza hərbi təlimlər keçməyi, atıcılıq dərsləri verməyi planlaşdırıb”, - o söyləyib.

Həmçinin, azyaşlıların şəhidlik üçün hazırlanması məqsədi ilə ideoloji dərslər keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, bu, İranın 1994-cü ildən qoşulduğu Uşaq Hüquqları Konvensiyasını pozulması deməkdir.