03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN Finlandiyaya xəbərdarlıq edib

26.04.2023

Rusiya Xarici İşlər Nazirliyi Finlandiyaya xəbərdarlıq edib.

Nazirlik ölkədəki Rusiya daşınmaz əmlakına qoyulan qadağaya cavab olaraq müəyyən tədbirlərin görülə biləcəyi ilə hədələyib.  

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, aprelin ortalarında Finlandiyanın məhkəmə icraçıları xidməti Rusiya Elm və Mədəniyyət Mərkəzinin idarəçiliyində olan torpaq sahəsi üzərindəki xidməti binaya, habelə Helsinkidə bir neçə mənzilə müvəqqəti həbs qoyub. Bununla bağlı verilən açıqlamada bildirilib ki, müvafiq qərar həmin obyektlərin sanksiyalar çərçivəsində həbs edilməsi zəruri olan aktivlər siyahısında olub-olmamasının öyrənilməsi məqsədilə verilib.
Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərdikdən sonra torpaq sahəsinə və onun üzərində yerləşən binaya qoyulan qadağa aradan qaldırılıb. Lakin Rusiya tərəfinə mənzillərlə bağlı hər hansı izahat verilməyib. "Mövcud vəziyyətin yoluna qoyulması ilə bağlı təklifdən imtina edilərsə, Rusiya tərəfi cavab tədbirləri görməyə məcbur olacaq”, - deyə Rusiya XİN xəbərdarlıq edib.

Mənbə: Lenta.ru