03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri görünüb

26.04.2023

Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri aşkar edilib.

"DM" xəbər verir ki, bu barədə Almaniya hərbi hava qüvvələrinin (Luftwaffe) "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Almaniya və Britaniyanın təyyarələri Baltik dənizi üzərində üç Rusiya hərbi təyyarəsini müəyyən ediblər.

Bunlar müvafiq olaraq, 2 SU-27 və 1 IL-20 tipli təyyarələrdir. "Onlar transponder siqnalı olmadan uçublar", Luftwaffe bildirib.

Aşkar olunan Rusiya təyyarələrinin fotoları da yayımlanıb.

Qeyd edək ki, NATO dövlətləri olan Estoniya, Latviya və Litvanın öz döyüş təyyarələri olmadığı üçün NATO tərəfdaşları 2004-cü ildən Avropanın şimal-şərqində Baltik hava məkanının təhlükəsizliyini təmin edirlər. Bu məqsədlə müttəfiqlər müntəzəm olaraq döyüş təyyarələrini və şəxsi heyəti Baltik dənizinə göndərirlər.