03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı seçkilərdə səs verə biləcək

26.04.2023

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri zamanı Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı səs verə biləcək.

"DM" xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanda 3 seçki məntəqəsində Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik 11 036 Türkiyədə keçiriləcək prezident seçkilərində səs verə biləcəklər.

Xatırladaq ki, bir müddət əvvəl YSK 75 ölkədə 156 nümayəndəlikdə vətəndaşların səs verə biləcəyi və builki seçkilərdə 15 yeni ölkədə seçki qutularının qurulması qərarını qəbul edib