25 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Akar: Dördtərəfli görüş regionda sülh və sabitliyə ciddi töhfələr verəcək

26.04.2023

Moskvada müsbət atmosferdə keçirilən dördtərəfli görüş gələcək fəaliyyətə, regionda sülh və sabitliyə ciddi töhfələr verəcək.

"DM" "TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir suriyalı məcburi köçkünlərin evlərinə qayıtması məqsədilə görülən işləri vurğulayıb: "Suriyalı qardaş və bacılarımızın könüllü olaraq evlərinə və torpaqlarına qayıtmasını təmin etməyi hədəfləyirik”.

"Biz terror bəlasından tez bir zamanda xilas olmaq, ölkəmizin, sərhədlərimizin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, bölgəyə sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün çalışırıq”, - Akar əlavə edib.