05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəncədəki yanğında xəstə boğularaq ölüb - YENİLƏNİB

26.04.2023

Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib.

"DM"-nın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb.

Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub.

Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

10:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən  verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

***

10.12

Gəncədə yanğın hadisəsi baş verib.

"DM"-nın məlumatına görə, hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında baş verib. Xəstəxanada anidən yanğın başlayıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xəstəxanada olan xəstələr təxliyə olunur.