02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN: “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir

26.04.2023

Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan "Arabo” və "Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur.

"DM" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd edilib.

"Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və "Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və "Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir”, - bəyanatda vurğulanır.