29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

" Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür"

25.04.2023

Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür.

"DM" xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın "Bulgartransgas”, Rumıniyanın "Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın "Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

"Mən Bolqarıstan Prezidenti cənab Radevin bu möhkəm tərəfdaşlar komandasının yaradılması təşəbbüsündəki xüsusi rolunu vurğulamaq istərdim. Əminəm ki, "Həmrəylik halqası” bizim birgə planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq. Mən həmçinin sizə bildirmək istərdim ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. Biz 27 ildən çoxdur ki, etibarlı xam neft tədarükçüsüyük, elektrik enerjisi də bizim ixracımızın bir hissəsidir”, - Prezident İlham Əliyev qeyd edib.