04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rumıniya energetika naziri: Bu Anlaşma Memorandumunu imzalamaqdan çox məmnunam

25.04.2023

Burada olmağımdan və bu Anlaşma Memorandumunu imzalamaqdan çox məmnunam. Əməkdaşlıq və həmrəylik bir il ərzində nə etdiklərimizə cavabdır.

APA-nın Bolqarıstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rumıniya energetika naziri Vircil Daniyel Popesku Bolqarıstanın "Bulgartransgas”, Rumıniyanın "Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın "Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.

"Memorandumu imzaladıqdan sonra edəcəyimiz və etməli olduğumuz çox şey var. Növbəti qışda qarşılaşacağımız çağırışlar olacaq. Düşünürəm ki bu memorandum Türkiyə, Ukrayna və Moldova kimi ölkələr üçün də qapılarını açıq saxlamalıdır. Təbii ki, bu həmrəylik memorandumu çərçivəsində biz onlarla da əməkdaşlıq etməliyik. Biz böyük böhranlarla üzləşirik, lakin birlikdə onlara güc gələ bilərik”, - nazir qeyd edib.