04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN Moldova səfirini arzuolunmaz şəxs elan edib: Nota verilib

25.04.2023

Rusiya tərəfi Moldova səfirliyinin əməkdaşını "persona non grata” elan edib. Moldova diplomatik missiyasının rəhbəri Lilian Dariyə müvafiq nota verilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Aprelin 25-də Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Dari Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona rəsmi Kişineu tərəfindən Rusiyaya qarşı davam edən qeyri-dost addımlarla bağlı kəskin etiraz bildirilib. Dariyə nota təqdim edilib. Qeyd edilib ki, Moldova hakimiyyətinin aprelin 19-da Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının "persona non grata” elan edilməsi ilə bağlı əsassız qərarına cavab olaraq Rusiya tərəfi Moldovadakı səfirliyin əməkdaşını "persona non grata” elan edir”, - deyə nazirlikdən bildirilib.
Rusiya, həmçinin bəzi Moldova rəsmilərinin müntəzəm anti-Rusiya bəyanatlarına, eləcə də Kişineunun Aİ-nin sanksiya siyahılarına daxil edilməsi ilə bağlı fikirlərinə cavab olaraq onların ölkəyə girişini qadağan edəcək.

Mənbə: TASS