04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Slovakiyalı nazir: Biz qaz bazarında Azərbaycanla yaxşı əməkdaşlıq qura biləcəyik

25.04.2023

Azərbaycan qazı vacib resursdur. Bilirsiniz ki, Azərbaycan nefti artıq uzun illərdir ki, bizim regiona gəlir. Mən ümid edirəm ki, biz qaz bazarında da Azərbaycanla uzunmüddətli və yaxşı əməkdaşlıq qura biləcəyik.

APA-nın Bolqarıstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Sofiyada "Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandumun imzalanma mərasimindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, Slovakiya buna hazırdır: "Bizim böyük dəhliz imkanlarımız, eyni zamanda, Çex Respublikası, Polşa kimi qonşularımıza ötürmək üçün konnektorlarımız var. Yəni biz qazın paylanmasında Azərbaycan üçün həm də yaxşı tərəfdaş ola bilərik ki, Azərbaycan qazı Avropanın digər nöqtələrinə də çatsın. Bizim böyük qaz anbarları ilə bağlı yaxşı tutum gücümüz var. Ona görə də düşünürük ki, Azərbaycan, SOCAR bizim üçün yaxşı tərəfdaş ola bilər”.