04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ADA və Bolonya universitetləri ilk birgə proqrama başlayıblar - FOTO

25.04.2023

ADA Universiteti ilə Bolonya Universitetinin (İtaliya) kənd təsərrüfatı və qida sisteminin idarə edilməsi üzrə ilk qısamüddətli birgə proqramının açılış mərasimi keçirilib.

"Report” xəbər verir ki, görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edib.

Bildirilib ki, Azərbaycan universitetinin iki nümayəndəsi artıq Bolonyada doktoranturada təhsil alır, daha 10 nəfərin Bolonya Universitetinə göndərilməsi nəzərdə tutulur.

ADA və Bolonya Universiteti arasında ilk qısamüddətli birgə proqram üç həftə davam edəcək.

H.Paşayev bu proqramın dünyanın ən qədim universiteti ilə birgə həyata keçirilməsindən məmnun olduğunu qeyd edib: "Ölkəmizin iqtisadiyyatında energetikadan sonra ikinci yeri kənd təsərrüfatı sahəsi tutur”.

O əlavə edib ki, sertifikatların ilk sahibləri proqramın gələcək icrasına töhfə verəcəklər.
ADA Universitetinin rektoru bu proqramın Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Bolonya Universitetinin rektoru Kompaner isə deyib ki, rəhbərlik etdiyi universitet yeniliklər etməyə və digər təhsil müəssisələri ilə əlaqələri inkişaf etdirməyə çalışır.

Onun sözlərinə görə, Bolonya Universiteti üçün beynəlmiləlləşməyə və mədəniyyətlərin qarışmasına töhfə vacibdir:

"Məqsədimiz ADA Universiteti ilə birgə işləmək, əməkdaşlıq etmək, tələbə mübadiləsi həyata keçirməkdir. İndi bizim daha çox akademik proqramlar hazırlamaq və əməkdaşlığımızı gücləndirmək imkanlarımız var”.